Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramında qadınların da fəal iştirakı təmin olunur.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, bu ilin ötən dövründə proqrama cəlb edilənlərdən 3445 nəfərini qadınlar təşkil edib.
Seçimlərinə əsasən onlardan 1938-i kənd təsərrüfatı, 1507-i isə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaratmaları üçün proqrama cəlb ediliblər.
Proqram iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur və kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimləri başa vuranlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlərlə təmin olunurlar.