10 minə yaxın abonent qazsız qalacaq

10 minə yaxın abonent  qazsız qalacaq backend

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində kəndləri təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə 23.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Oxud və Kiş kəndlərində cəmi 2 422 əhali abonentinin və 5 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.