Lerikdən piyada Şəhidlər xiyabanına gəldi

Lerikdən piyada Şəhidlər xiyabanına gəldi backend

Lerik rayonu Durğan kənd sakini 67 yaşlı Əligülla Əbülfətov 15 iyul tarixində Durğan kəndindən Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarət üçün yürüşə başlayıb.

Qaziler.az xəbər verir ki, bu gün səhər Şəhidlər xiyabanına çatan Əligülla Əbülfətov yürüş təəssuratlarını Teleqraf-la bölüşüb.

"Beş günlük səfərim çox yaxşı keçdi. Bu gün səhər saat 10:15 radələrində Şəhidlər Xiyabanına çatıb ziyarət etdim".
Onun sözlərinə görə, bu yürüşə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq çıxıb: "Mənim oğlum da müharibə iştirakçısıdır. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bu yürüşə çıxdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox şadam ki, bu uzun yolu sağ-salamat gəlib, ziyarətimi edə bildim".

67 yaşlı Əligülla bəy qeyd edib ki, yola çıxmazdan əvvəl həkim müayinəsindən keçib və səhhətində heç bir problem olmadığı üçün həkim yürüşə çıxmağa icazə verib: "Gündüz aran rayonlarında havalar çox isti olanda dincəlir, gecələr yola davam edirdim. Hazırda Bakıda istirahət edirəm. İstirahət etdikdən sonra rayona qayıdacam. Oğlum məni həkimə aparmaq istədi, amma razı olmadım. Özümü çox yaxşı hiss edirəm", - o, bildirdi.