Ötən il Qarabağ Dirçəliş Fonduna ianə olunan vəsait açıqlanıb

Ötən il Qarabağ Dirçəliş Fonduna ianə olunan vəsait açıqlanıb backend

Qarabağ Dirçəliş Fonduna 2024-cü il ərzində ümumilikdə 80 milyon 286 min 899 manat ianə olunub.

Qaziler.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Qeyd edilib ki, Fond sərbəst vəsaitin bir qismini qiymətli kağızlara yerləşdirməklə 2024-cü il ərzində 74 milyon 579 min 21 manat maliyyə (investisiya) gəliri əldə edib.

Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 58% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 18,60%-dən 48,16%-ə qədər yüksəlib.

Bununla da, 31 dekabr 2024-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 9,5% və ya 140,7 milyon manat artaraq 1 milyard 617 milyon 812 min 902 manata çatıb.

Eyni zamanda bildirilib ki, 2024-cü il üçün Fondun mənfəət vergisi 14 milyon 596 min 22 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5 milyon 198 min 877 manat (55,32% ) çoxdur.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib.