İlin birinci yarısında 400 mindən çox şəxsə Prezident təqaüdü ödənilib

İlin birinci yarısında 400 mindən çox şəxsə Prezident təqaüdü ödənilib backend

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554 mln. manat, Prezident təqaüdləri üzrə 348 mln. manat ödənilib. 

Cari ilin 6 ayında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.