Azərbaycanlı pop-MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə “Readovka” telegqam kanalı məlumat yayıb.
FTX əməkdaşı Rzayevə bildirib ki, o, ölkənin siyasi və ictimai sabitliyinə mənfi təsir göstərən hərəkətlər edib. Bu, onun vətəndaşlıqdan məhrum edilməsinə səbəb olub.
Rzayev rusiyalı Artur Kulinskini milli mənsubiyyətinə görə təhqir edərək onu rus donuzu adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib. Hadisədən sonra promosyonun lisenziyası dayandırılıb, lakin Liqanın köməyindən sonra Federasiya lisenziyanı yeniləyib.
2024-cü il iyulun 3-də Rusiya Boks Federasiyası Rzayevin təhqiramiz sözləri ilə bağlı Rusiya Federasiyasının Baş Prokurorluğuna bəyanat verib. 2024-cü il iyulun 4-də Rusiya Boks Federasiyası Rzayevi ömürlük idmandan uzaqlaşdırıb.
Rzayevin MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var. Artur Kulinskinin isə dörd qələbəsi və altı məğlubiyyəti var.
QAZİLER.AZ