“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihə çərçivəsində verliş hazırlanıb - FOTO/VİDEO

“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihə çərçivəsində verliş hazırlanıb - FOTO/VİDEO backend

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində verliş hazırlanıb.

Qaziler.az QHT.az-a istinadla xəbər verir ki, Səs TV-də yayımlanan verlişdə bu dəfə Qərbi Azərbaycandan 1948–1953-cü illərdə baş vermiş deportasiyalar müzakirə olunub. Verlişin aparıcısı tanınmış hüquqşünas, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov, verlişin qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova olub.

Səməd Vəkilov bildirib ki, bu deportasiyalar təkcə siyasi yox, həm də milli kimliyə qarşı yönəlmiş addımlar idi:

“Qərbi Azərbaycan məsələsinə kompleks yanaşdıqda görünür ki, Stalinin strukturunda türk mənşəli əhaliyə qarşı bir neçə deportasiya dalğası həyata keçirilib” – deyə hüquqşünas qeyd edib.

Tarixçi Leyla Calalova isə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yeni kitabı barədə məlumat verərək bildirib:

“Heydər Əliyev Qərbi Azərbaycanı hər zaman türk dünyasının bir hissəsi hesab edib. O, Azərbaycan tarixini sadəcə oxumamış, onu yaşamışdı. Bizim yeni nəşrimiz bu həqiqətləri bir daha sənədlərlə ortaya qoyacaq”.

Verliş zamanı həmçinin qeyd olunub ki, Qərbi Azərbaycandan deportasiya yalnız keçmişin bir səhifəsi deyil, bu günümüzə təsir edən dərin tarixi məsələdir və bu istiqamətdə elmi-hüquqi işlərin davam etdirilməsi vacibdir.