Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub

Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub backend

Şəmkirin İsgəndərli kəndində içməli su problemi uzun müddətdən sonra həll olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakinlərinin içməli suya olan tələbatının tam ödənilməsi üçün kəndin mərkəzində 30 ton tutumlu yeraltı beton su anbarı inşa edilib.

Eyni zamanda bir ədəd müasir tipli sutəmizləyici qurğu, iki ədəd yüksək təzyiqli nasos quraşdırılaraq, anbarın yanında bulaq kompleksi də inşa edilib.

Qeyd edək ki, kənd Milli Qəhrəman İsgəndər Aznaurovun adını daşıyır.