Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub backend

Türkiyənin Bakıdakı səfirliyində 15 İyul - Demokratiya və Milli Birlik Gününün 9-cu ili münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan xarici işlər nazirinin müavini, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Türkiyə xalqının həmrəy şəkildə ölkəni və millətini qoruması üçün canından keçməyə hazır olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın qardaş ölkəyə dəstəyi xatırladılıb, iki ölkə arasındakı hazırkı münasibətlərdən söz açılıb.

Sonra 15 iyul çevriliş cəhdi ilə bağlı videoçarxlar nümayiş etdirilib.