"Başlıbel: yaranışdan işğaladək" kitabının təqdimatı olub

 "Başlıbel: yaranışdan işğaladək" kitabının təqdimatı olub backend

Jurnalist Elxan Salahovun "Başlıbel: yaranışdan işğaladək" kitabının təqdimatı olub.

Qaziler.az bildirir ki, bu barədə jurnalist Rey Kərimoğlu özünün feysbuk səhifəsində paylaşım edib. 

"Həmkarımlz Elxan Salahovun "Başlıbel: yaranışdan işğaladək" kitabının tədiqmatındayıq.

"...1993-cü ildə Kəlbəcərin işğalı zamanı kütləvi qətliama məruz qalmış Başlıbel kəndinin tarixindən, sonial, iqtisadi və mədəni inkişaf mərhələlərindən bəhs edir. Altı hissədən ibara kitabda yaşı 400 il əvvələ gedib çıxan kəndin ilkin məskunlaşma zonası kimi formalaşmasından işğalaqədərki dövrü əhatə edən məlumatlar toplanıb. Bu rada həmçinin sovet tarixinin 1930-cu illər repressiyası və Böyük Vatas müharibəsinin əhalinin həyatına mənfi təsirləri, kəndin keçmişində burax-dığı izlər şahidlərin dili ilə oxucuların diqqətinə çatdırılır.

Arxiv sənədləri və kənd ağsaqqallarının xatirələri əsasında hazırlanan nəşr Birinci Qarabağ müharibəsi dövründə (1991-1994) işğalçı Ermənis tanın törətdiyi ən ağır cinayətlərdən birinin ünvanı kimi sorağı dünyaya yayılan Başlıbeli daha yaxından tanımağa, onun keçmişinə, mədəniyyətina, adət-ənənəsinə bələd olmağa imkan verir", Rey Kərimoğlu yazıb.

Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid aparıb. Kitab təqdimaında iştirak edən millət vəkilləri  Mircəlil Qasımlı, Sevil Mikayılova, Rizvan Nəbiyev çıxış edərək fikirlərini bölüşüblər.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın redaktoru Süleyman Qaradağlıdı.

QAZİLER.AZ