Azərbaycana gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib

Azərbaycana gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilən daha 30 ukraynalı uşaq artıq Bakıda müxtəlif görməli yerləri ziyarət edib və reabilitasiya proqramına başlayıblar.

Bu barədə agentlikdən məlumat verilib.

Qeyd olunub ki, uşaqlar İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi və Yanardağ abidəsini gəzərək həm Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar.

Növbəti günlərdə onların qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərində iştirakları planlaşdırılır.

Uşaqlar həmçinin Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcəklər.