DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib backend

I yarımilin sosial göstəriciləri

Bu ilin birinci yarımilində DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib.

Qaziler.az bildirir ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. 

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.