Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar elektroenergetika sisteminin yenidən qurulması üçün ən münbit şərait yaradıb. Azərbaycan Respublikası Prezidentinin apardığı uğurli iqtisadi siyasət və enerji sahəsinə göstərdiyi xüsusi diqqət Azərbaycanı elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevirib.
“Azərişıq” ASC-dən QAZİLER.AZ-a verilən məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərişıq” ASC 9 aylıq fəaliyyəti müddətində respublikanın paylayıcı elektrik şəbəkələrrinin yenidənqurulması istiqamətində mühüm addımlar atıb. Paylayıcı şəbəkələrin yenilənməsi və gücləndirilməsi prioritet götürülərək elektrik enerjisi itkilərinin azaldıması və ölkəmiz üçün iqtisadi faydaların verməsi ilə nəticələnib.Bu baxımdan “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Elektriktrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0,4 kV-luq şəbəkələrin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. Qarşıdan gələn qış aylarında elektrik təchizatında problemlərin yaranmaması üçün xüsusi proqram da hazırlanıb. Regionun sərt qış havasını nəzərə alaraq hazırlıq işlərinin başa çatdırılması üçün ən vacib məntəqələrdə iki növbəli iş rejimi tətbiq olunub.
İsmayıllı EŞ-nin xidməti ərazisində yerləşən 110 kV-luq Qubaxəlilli budaqlanma hava xəttinin 1,3 km, 35 kV-luq Basqal hava xəttinin 2,3 km, Şəki EŞ-nin xidməti ərazisində yerləşən 35 kV-luq Oğuz, Aşağı Göynük , Köbər Zəyzid budaqlanma , SAS budaqlanma hava xətlərinin ümumilikdə 4,1 km, Şamaxı EŞ-nin xidməti ərazisində yerləşəm 35 kV-luq Carhan və Meysəri hava xətlərinin 1,6 km uzunluqda hissəsi yenidən qurulmuşdur. Zaqatala EŞ-nin xidməti ərazisində yerləşən 1,05 km uzunluğunda bir dövrəli ağac dayaqlardan ibarət olan 110 kV-luq Bəhmətli budaqlanma hava xətti iki dövrəli quraşdırılaraq yenidən qurulmuşdur. Bu məqsədlə 17 ədəd 110 kV-luq, 79 ədəd 35 kV-luq fiziki köhnəlmiş dayaqlar yeni dayaqlarla və naqillər 10960 metr məsafədə AS-50 , 2900 metr məsafədə AS-95 markalı naqillə əvəz edilımişdir. 35/10 kV-luq “Aşağı Göynük” yarımstansiyasında daxili imkanlar hesabına 110 kV-luq avadanlıqlar quraşdırılaraq , yarımstansiya 110/35/10 kV-luq gərginlik sinifinə kecirilmiş,5,6 MVA gücündə transformator şəbəkəyə qoşulmuş və yarımstansiya 110/35/10 kV-luq “Göynük “ yarımstansiyası adlandırılmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar 110/35/10 kV-luq “ Cəfərabad” yarımstansiyasında 110 kV-luq ayıran və qısa qapayıcıların əvəzinə 110 kV-luq eleqaz açar quraşdırılaraq istismara verilmişdir. Hal-hazırda 110 kV-luq İsmayıllı hava xəttinin yenidən qurulması istiqamətində 60-dan yuxarı yeni dayaq basdırılaraq naqillərin çəkilməsi işləri aparılır. 35/10 kV-luq “Qəbələ” yarımstansiyasının yeni binasının tikintisi tamamlanmaq üzrədir və avadanlıqların quraşdırılması işlərinə hazırlıq görülür. Şəki EŞ-nin iki mərtəbəli inzibati binasının tikintisinə başlanıb.

Şimal-Qərb RETSİ-nin 10 kV-luq EVX-nin 26,88 km məsafəsi yenidən qurulub, 250,35 km məsafəsində əsaslı və cari təmir işləri aparılıb. 0,4 kV-luq EVX-nin 225,2 km məsafəsində də əsaslı və cari təmir işləri başa çatdırılıb. Yenidən qurma və əsaslı təmir işləri zamanı 1264 ədəd 10 kV-luq , 4507 ədəd 0.4 kV-luq yeni dayaqlar basdırılıb, EVX-də fiziki kohnəlmiş naqillər 21300 metr məsafədə AS-50, 21280 metr məsafədə AS-35, 25236 metr məsafədə SİP kabellə əvəz edilib,1055 ədəd 10 kV-luq , 393 ədəd 0,4 kV-luq dayaqlar rənglənib.10 və 0,4 kV-luq EVX-nin 171 km məsafəsində xətlərin mühafizə zolağı ağac kütlədən təmizlənərək 1712 ədəd əyilmiş dayaqlar düzəldilib və 5052 ədəd dayaq arasında naqillər tarımlaşdırılıb.
Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində istehlakçıların qış aylarında da dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı üçün ilkin növbədə yenidən qurulması və daha güclüsü ilə əvəz edilməsi tələb olunan 169 ədəd yeni KTM quraşdırılıb. Yeni KTM-lərin 10-0,4 kV-luq şəbəkələrinin qurulması üçün 1250 metr məsafədə 10 kV-luq XLPE kabel və 78640 metr məsafədə 0,4 kV-luq SİP kabel EVX-ləri çəkilib.

Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə izahi və praktiki işlər aparılır. Məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatını və nümunəvi xidməti yaratmaqdır.
