BU GÜN GİROVLARIMIZ AZAD EDİLƏCƏK?

BU GÜN GİROVLARIMIZ AZAD EDİLƏCƏK? backend

Bu gün Xankəndidə kəlbəcərli girovların apelyasiya şikayətinə baxılacaq. Doğma torpaqlarında ata-babalarının məzarlarını ziyarət edərkən erməni quldurları tərəfindən tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev "məhkəmə"nin qərarından etiraz ediblər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və sonradan vəhşicəsinə öldürülmüş Həsən Həsənov doğulduqları Qarabağa keçərək ata-babalarının məzarlarını ziyarət etməyə çalışıblar. Ancaq erməni separatçıları Həsən Həsənovu vəhşicəsinə öldürərək Dilqəm və Şahbazı girov götürüb. Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb.
Diaspora