Cəbrayıla köçürülən sakinlərin məşğulluq tədbirlərinə cəlb edilməsi davam etdirilir

Cəbrayıla köçürülən sakinlərin məşğulluq tədbirlərinə cəlb edilməsi davam etdirilir backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl şəhərinə köçürülmüş sakinlərdən artıq 686 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 633 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 53 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.