Sabah çimərliklərdə suyun temperaturu yüksələcək

Sabah çimərliklərdə suyun temperaturu  yüksələcək backend

Abşeron çimərliklərində iyulun 9-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.