I yarımilin sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 74 min şəxs münasib işlərlə təmin olunub, 9,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Cari ilin 6 ayında 6,1 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 139,6 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
