Şəhid atası bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Şəhid atası bədbəxt hadisə nəticəsində dünyasını dəyişib backend

Qazax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində şəhid atası dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində baş verib.

Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.