Azərbaycanlı tanınmış bəstəkar Türkiyədə vəfat etdi

Azərbaycanlı tanınmış bəstəkar Türkiyədə  vəfat etdi backend

Tanınmış bəstəkar Ruslan Əhmədoğlu vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, bəstəkar Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ruslan Əhmədoğlu Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi kimi fəaliyyət göstərib.