Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur

Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur backend

Bu gün ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İlahiyyat İnstitutunda təşkil olunan qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səhər saatlarından aksiyaya maraq böyükdür:

“Ümumiyyətlə, Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”.

Sədr müavini onu da qeyd edib ki, bu il ilk dəfə işğaldan azad edilmiş ərazilərdə qanvermə aksiyası təşkil olunur:

“Şuşa və Ağdam məscidlərinin də siyahıya əlavə olunması həm qürurverici haldır, həm də simvolik məna daşıyır”.

Gündüz İsmayılov ildən-ilə aksiyaya qoşulanların sayında artım hiss olunduğunu da vurğulayıb.