Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili 8 ay müddətinə azadlıqdan məhrum edilib
Qaziler.az "onlayn-qruziya"ya istinadən bildirir ki, Gürcüstanda müxalifətçi siyasətçi İrakli Okruaşvili parlamentin müvəqqəti istintaq komissiyasının tələblərini yerinə yetirmədiyinə görə məhkəmə tərəfindən təqsirli bilinib.
hakim Tamar Mçedlişvilinin qərarı ilə o, 8 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il vəzifə tutmaq hüququndan məhrum edilib.
İrakli Okruaşvili iclasda iştirak etməyib və yekun çıxış etmək hüququndan istifadə etməyib.
Məlumat üçün bildirək ki, İrakli Okruaşvili martın 26-da parlamentin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılıb, lakin gəlməkdən imtina edib.
QAZİLER.AZ