DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla bitirən benefisiarlara sertifikatlar təqdim olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla bitirən benefisiarlara sertifikatlar təqdim olunub backend

Mərkəzdə Nazirlik yanında İctimai şura üzvləri ilə görüş keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla tamamlayan 40 benefisiara sertifikatlar təqdim edilib.

ƏƏSMN-dən Qaziler.az-a bildirilib ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Elnarə Ənsari Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzin həssas qrupların yaradıcı potensialının, bacarıqlarının inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev mərkəzdə təlimlərə cəlb olunan şəxslərin məşğulluq proqramlarına cəlb edilməsinin vacibliyini qeyd edib.

İctimai Şuranın sədri Elşad Məmmədov Mərkəzin fəaliyyətinin vətəndaş cəmiyyəti institutları tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra Mərkəzin benefisiarlarının ifasında konsert proqramı nümayiş etdirilib.

Tədbir çərçivəsində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib, birgə görüləcək işlər müzakirə olunub.

İctimai şura üzvləri Mərkəzin yaradıcılıq studiyaları və əl işlərinin hazırlanması prosesi ilə də tanış olublar.

Diaspora