6 ən yaxşı ofis və biznes-məkan müəyyən olunacaq

6 ən yaxşı ofis və biznes-məkan müəyyən olunacaq backend

Noyabrın 27-də “Boulevard Hotel Baku”da Azərbaycanda reallaşdırılmış ən yaxşı ofis və biznes-məkan layihəsi – “Baku Interior Awards” üzrə ilk mükafatların təntənəli təqdimetmə mərasimi keçiriləcək.


AZƏRTAC-ın məlumatına görə, konfrans-sərgi Azərbaycan Memarlar İttifaqının, “Global Interiors Group”, “Workplace interiors”, “Milliken”, “Interface” şirkətlərinin və Azərbaycan Yaşıl Tikinti Şurasının dəstəyi ilə reallaşdırılacaq.

Tədbirdə “Baku Interior Awards”, “YARAT”, “Azercosmos”, “Global Interiors Group”, “Baku White City”, “Access Bank”, “AGBank”, “Azer Turk Bank”, “IDEA” və digər şirkətlər iştirak edəcəklər.

Qaliblər dünya səviyyəli mütəxəssislərdən ibarət münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. Münsiflər heyətinə memarlıq, dizayn və biznes sahəsində ixtisaslaşan nüfuzlu ekspertlər daxildir.

Layihələr 6 nominasiya üzrə qiymətləndiriləcək. Ən yaxşı layihələri xüsusi ekspozisiyada görmək mümkün olacaq. Həmçinin, sərgi iştirakçıları son illər Azərbaycanda reallaşdırılmış ən yaxşı arxitektura layihələri ilə tanış ola biləcəklər. “Design Dialogue”un Azərbaycan Memarlar İttifaqı ilə birgə hazırladığı bu sərgidə 100 iş nümayiş ediləcək.