I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq - FOTO

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq - FOTO backend

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dəfn olunacaq şəxslərin hər üçü hərbçidir. Onlar Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğludur.

Nəşlərin qalıqları iyulun 4-ü saat 15.00-da Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunacaq.

Diaspora