Yevlaxın Aşağı Bucaq kəndinə təbii qaz verilib

Yevlaxın Aşağı Bucaq kəndinə təbii qaz verilib backend

Yevlax rayonunun Aşağı Bucaq kəndinə təbii qaz verilib. 105 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 527 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi, elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıblar.

Məlumat verilib ki, indiyədək Yevlax şəhəri və rayonun 49 kənd və qəsəbəsindən 39-u “mavi yanacaq”la təmin olunub. Təkcə 2015-ci ilin əvvəlindən şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm, Yuxarı Bucaq və Qaraoğlan kəndləri qazlaşdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Diaspora