Tramp bu gün NATO sammitində Zelenski ilə görüşəcəyini təsdiqləyib

Tramp bu gün NATO sammitində Zelenski ilə görüşəcəyini təsdiqləyib backend

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bu gün Haaqada keçiriləcək NATO sammitində ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcəyini təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

"Onun çətinliklərini, bəzi mürəkkəbliklərini müzakirə edəcəyik.. Zelenski yaxşı oğlandır. Yəni, bu gün onunla görüşəcəyəm. Bilmirəm. Düşünürəm ki, Ukraynanı müzakirə edəcəyik. Bəli. Bu, böyük ehtimalla görünür", - Amerika lideri bildirib.

Tramp həmçinin əlavə edib ki, o, Rusiya diktatoru Vladimir Putinlə dəfələrlə danışıb. Sonuncu, onun sözlərinə görə, İran və İsrail arasındakı münaqişədə kömək təklif edib, lakin Ağ Evin rəhbəri ondan "Rusiyaya kömək" istəyib.

QAZİLER.AZ

Diaspora