Füzuliyə köçürülən sakinlərdən 1100-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Füzuliyə köçürülən sakinlərdən 1100-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 1097 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 1051 şəxsin məşğulluğu təmin edilib (o cümlədən, 48 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 46 sakin isə peşə kurslarına cəlb olunub.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

 

Diaspora