“E-bülleten” sisteminə keçid keyfiyyət artımı və çevikliyə imkan verib - FOTO

“E-bülleten” sisteminə keçid keyfiyyət artımı və çevikliyə imkan verib - FOTO backend

Bu il mayın 1-dən ölkəmizdə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması mühüm əhəmiyyəti ilə diqqəti cəlb edir.

Qaziler.az xəbər verir ki, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd olunub.

Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işinin nəticəsi olaraq xəstəlik vərəqəsinin e-sənəd formasında tərtib olunmasının faydaları:

  • e-sistemin geri tarixə xəstəlik vərəqəsinin açılmasını mümkünsüz etməsi bu vərəqənin açılmasında hər hansı subyektivlik və saxtakarlıq halının baş verməsinin qarşısını alır;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəli tərtib edilərkən xəstəlik vərəqələrinin skan edilib e-sistemə yüklənməsinə ehtiyac qalmır, həmin məlumatlar “Əmək və Məşğulluq” alsistemində (ƏMAS) avtomatik əks olunur və kağız daşıyıcılardan istifadə zərurəti, vaxt itkisi aradan qalxır;  
  • işəgötürən əməkdaşına xəstəlik vərəqəsi açılması, habelə hansı tarixdə və tibb müəssisəsində açılması barədə ƏMAS vasitəsilə operativ məlumat əldə edir;
  • xəstəlik vərəqəsi bağlanana qədər işçinin əmək müqaviləsinə xitam verilməsi avtomatik məhdudlaşır;
  • xəstəlik vərəqəsi üzrə e-sənəd əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuma görə müavinət təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndərilir və  Fond üçün müavinət təyinatına əsas yaradır, təyinat prosesi çevikləşir;
  • istehsalatda bədbəxt hadisə ilə əlaqədar xəstəlik vərəqi açıldıqda Dövlət Əmək Müfəttişliyi Xidməti bu barədə operativ məlumat alır və təhqiqat prosesi çevikləşir;
  • növbəti mərhələdə əlilliyin qiymətləndirilməsi üçün göndərişlər tərtib olunarkən xəstəlik vərəqi üzrə məlumatlar manual deyil, avtomatik e-sistemdə əks olunur;
  • işəgötürənlər e-bülletenləri ƏMAS-dan, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat əldə edə bilirlər.
Diaspora