Qanunsuz tikililər kadastr xəritələrinə yerləşdiriləcək - RƏSMİ

Qanunsuz tikililər kadastr xəritələrinə yerləşdiriləcək - RƏSMİ backend

“Ölkə üzrə kadastr işləri yekunlaşdıqdan, torpaqlar inventarlaşdırılandan sonra, qanunsuz, sənədsiz tikililər inventarlaşdırılacaq və kadastr xəritələrinə yerləşdiriləcək”. “APA-Economics” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, bütün bunlardan sonra müvafiq qurumlarla birgə məsələ müzakirə olunaraq: "Yəni həmin ərazi mühafizə zolaqlarına düşmürsə, həmin tikililər təyinatına uyğundursa, başqa sözlə, qadağan olunmuş ərazilərdə tikilməyibsə və infrastruktur altına düşmürsə həmin tikililərin sənədləşməsi barədə qərar veriləcək".