32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova bu gün - iyunun 23-də deputat ofisində seçicilərlə növbəti görüş-qəbul keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.
"Görüşdə onları narahat edən problemləri dinləyib müvafiq hüquqi izahlar verdim. Eyni zamanda müəyyən məsələlərin operativ həlli məqsədi ilə aidiyyəti üzrə müraciətlər edərək icrasını nəzarətə götürdüm", - deyə Afət Həsənova bildirib.











