İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvidir.
Bununla bağlı iyunun 23-də saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37 kənd üzrə 17 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.