Burun əməliyyatında sonra komaya düşən Nəzrinin ölüm səbəbi açıqlandı

Burun əməliyyatında sonra komaya düşən Nəzrinin ölüm səbəbi açıqlandı backend

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyev ifadə verib.

O bildirib ki, Nəzrin Mansurlu burun əməliyyatı üçün müraciət edən zaman ona burun çəpərinin əyriliyi dioqnozu qoyulub:

“Xəstəxanaya gələndə onun yanında heç kim yox idi. Əməliyyat bitəndə də xəstə yaxınlarından heç kimi görməmişəm. Əməliyyatdan sonra dəfələrlə onun yaxınları ilə danışmışam. Onlar mənə Nəzrinin baş ağrısı olduğunu və çox yatdığını demişdi. Bunlar xəstədə çox rast gəlinən normal haldır. Mən də xəstənin yatıb dincəlməyini məsləhət gördüm. Əgər mənə başqa məqamların olduğunu desəydilər, mən ona evdə dincəlməyi məsləhət görməzdim. Mən Tibb Universitetini 2002-ci ildə bitirmişəm. Bununla yanaşı, İran, Türkiyə və Almaniyada ixtisas artırmaq üçün kurslar keçmişəm”.

Sonra məhkəmə istintaqının başlanıldığı və ittiham aktı elan olunub.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu septoplastika əməliyyatı edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirib.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Belə ki, N.Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Sənan Mehdiyev ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Diaspora