Gürcüstan Daxili İşlər Nazirliyi fəal Nino Dataşvilinin Tiflis Şəhər Məhkəməsində baş vermiş insidentlə bağlı xidməti vəzifələrini yerinə yetirərkən dövlət qulluqçusuna hücum etmək ittihamı ilə həbs edildiyi barədə məlumat yayıb.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma aparılır.
Mayın 9-da Tbilisi şəhər məhkəməsinin foyesində Dataşvili ilə məhkəmə icraçıları xidmətinin nümayəndələri arasında mübahisə baş verib. Məhkəmə icraçıları onu, onların sözlərinə görə, məhkəmə qərarı ilə qadağan olunmuş yeri tərk etməyə çağırıblar. Bundan sonra hüquq-mühafizə orqanlarının məlumatına görə, Dataşvili onları təhqir edib.
Hadisənin videoyazısında Nino Dataşvilinin bir neçə məhkəmə icraçısı tərəfindən məhkəmə binasından zorla çıxarıldığı görünür.
Fəalın barəsində irəli sürülən cinayət ittihamı cərimə və ya üç ilə qədər həbsi nəzərdə tutur.
QAZİLER.AZ