Xətai Rayon Məhkəməsində Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Qaziler.az-ın məlumatına görə, prosesdə vəsatət təmin olunub və H.Vəliyevin həbs müddəti iki ay müddətinə uzadılıb.
H.Vəliyev bu il aprelin 1-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.