Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Laçın və Zəngilan rayonlarında növbəti əmək yarmarkaları keçirəcək.
Bu barədə Qaziler.az-a nazirlikdən bildirilib.
Yarmarkalar:
- Cəbrayılda iyunun 23-ü saat 15:00-da “Yapıncı Tekstil” tikiş sexində,
- Zəngilanda iyunun 24-ü saat 14:00-da “Ağalı” hoteldə,
- Laçında iyunun 25-i saat 11:00-da Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsində
təşkil olunacaq.
Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 5 işəgötürən tərəfindən 60 vakansiya (tikişçi, xalçaçı, elektrik, santexnik, operator, təsərrüfatçı, bənna, aşpaz, bağban və s.) təqdim olunacaq.
Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq.