Xocalıya köçürülən sakinlərdən 350-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib - FOTO

Xocalıya köçürülən sakinlərdən 350-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı şəhəri və Xocalının Ballıca kəndinə köçürülmüş sakinlərdən artıq 351 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Qaziler.az xəbər verir ki, onlardan 333 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 71 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 18 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən  edilir.

Diaspora