Hərbi xidmətdən qayıdan gənc itkin düşdü

Hərbi xidmətdən qayıdan gənc itkin düşdü backend

Cəlilabad rayon sakini itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Əlişa Hüseynağa oğlu Mirzəyev ötən gün heç kimə xəbər vermədən evi tərk edib və bir daha geri qayıtmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Əlişa Mirzəyev bir neçə ay öncə hərbi xidmətdən tərxis olunmuşdu.

Diaspora