Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin final mərhələsi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin final mərhələsi keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin final mərhələsi keçirilib. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, final oyununu izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və b. olub. 

Əvvəlcə 3-cü yer uğrunda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun komandaları mübarizə aparıb. Dövlət Sosial Müdafiə Fondunun komandası 3 : 0 hesabla qalib gələrək çempionatda 3-cü yeri tutub. 

Sonra final oyunu olub. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Sosial Xidmətlər Agentliyinin komandaları 1-ci yer uğrunda mübarizə aparıblar. 

Gərgin mübarizə şəraitində keçən, əsas hissəsi 0-0 bitən oyunda Dövlət Məşğulluq Agentliyinin komandası penaltilər seriyasında rəqibini məğlub edərək Nazirlik üzrə keçirilən minifutbol çempionatının qalibi olub. 

Anar Əliyev, Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Vüsal Nəsirli və Hidayət Abdullayev tərəfindən final oyunlarını idarə edən hakimlərə və turnirin ən məhsuldar oyunçusuna diplomlar, çempion komandaya kubok, diplom və medallar, II və III yeri tutmuş komandalara diplom və medallar təqdim edilib. 

Mayın 10-dan başlanan minifutbol çempionatında Nazirliyin əməkdaşlarından ibarət ümumilikdə 12 komanda mübarizə aparıb. 

Diaspora