Şəkidə taxıl sahələrini gəmiricilər bürüyüb

Şəkidə taxıl sahələrini gəmiricilər bürüyüb backend

Şəkidə taxıl sahələrində gəmiricilər çoxalıb. Bunun qarşısının alınması üçün kütləvi mübarizə tədbirlərinə başlanılıb. ANS PRESS-in xəbərinə görə, fermer və kənd camaatı sahələrdə dərmanlama işləri aparır. Bitki Mühafizə Mərkəzinin rəisi Tələt Mehdiyev taxıl sahələrinə darışan ziyanvericilərin 5000 hektara yaxın sahəni əhatə etdiyini bildirib. Belə bir vəziyyətlə son dəfə 2011-ci ildə üzləşdiklərini deyən mərkəzin rəisi mübarizə tədbirlərinin aparılması üçün kifayət qədər dərman vasitəsinin ayrıldığını və sakinlərə paylanıldığını bildirib. O, deyib ki, taxıl bitkiləri əkilən sahələrdə xüsusi təhlükəli və siçanabənzər gəmiricilərə qarşı 16000 hektar ərazidə mübarizə tədbirləri aparılıb.

Xidmət rəisi ANS PRESS-ə bildirib ki, havaların isti keçməsi ziyanvericilərin qidalanmasına münbit şərait yaradır. Əgər temperatur -1 dərəcəyə düşərsə, ziyanvericilər torpağın alt qatına qışlamaya gedəcək və bu zaman dərmanlanmaya da ehtiyac qalmayacaq.

Qeyd edək ki, Şəki ərazisində 70 min hektara yaxın sahədə taxıl əkilməsi nəzərdə tutulur. Artıq 40 min hektar sahədə taxıl səpilib.