Bakıda 18 metrlik yeni avtobus

Bakıda 18 metrlik yeni avtobus backend

“BakuBus” MMC yeni 18 metrlik iri tutumlu sərnişin avtobusunu xəttə buraxıb. AzNews.az xəbər verir ki, yeni avtobusun sərnişin tutumu 170-190 nəfərdir. Amma hələlik bu avtobusların daimi istifadəsi nəzərdə tutulmur.


Hazırda "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.