Lənkəranın 12 kənd və 1 qəsəbəsində qaz olmayacaq

Lənkəranın 12 kənd və 1 qəsəbəsində  qaz olmayacaq backend

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, Lənkəran rayonunun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır.

Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Diaspora