QMİ rəsmisi zəvvarların vətənə nə vaxt qayıdacağını açıqladı

QMİ rəsmisi zəvvarların vətənə nə vaxt qayıdacağını açıqladı backend

"Artıq bütün həcc əməlləri başa çatıb və zəvvarlar Minadakı çadır düşərgəsindən hotellərinə qayıdıblar".

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisinin sözlərinə görə, zəvvarlar bundan sonra Məkkəyə gəldikləri ardıcıllıqla Mədinəyə yola salınacaqlar:

"Hamısının səhhəti yaxşıdır, indi hotel otaqlarında dincəlirlər, gündəlik ibadətlərini yerinə yetirirlər. Bir neçə gündən sonra ilk qruplar peyğəmbərin şəhəri sayılan Mədinəyə yola salınacaqlar. Mədinədə 3 gün keçirdikdən sonra isə onlar Bakıya qayıdacaqlar".

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyunun 21-dək Vətənə qayıdacaqlar.

Diaspora