Uşaq bağçalarında qorxunc statistika: 48 mindən çox xəstələnmə halı qeydə alınıb - VİDEO

Uşaq bağçalarında qorxunc statistika: 48 mindən çox xəstələnmə halı qeydə alınıb - VİDEO backend

Ötən il ölkədə fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən çox xəstələnmə halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu halların təxminən 10 mini 3 yaşından aşağı uşaqlarda müşahidə edilib.

Qaziler.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşaqlar arasında əsasən qrip və yuxarı tənəffüs yolları infeksiyaları, eləcə də gigiyena qaydalarına əməl olunmaması ilə bağlı yaranan digər xəstəliklər qeydə alınıb.

Maraqlıdır, bu qədər xəstələnmə hallarının səbəbi nədən qaynaqlanır?

Sakinlər bildiriblər ki, dövlət bağçalarına nəzarət gücləndirilməlidir.

Tibb məsələləri üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, belə xəstəliklərin yayılmasının əsas səbəbi uşaqların sosial vəziyyətinin normal olmamasıdır. Bu da daha çox baxımla bağlıdır.

Ətraf süjetdə:

Diaspora