Şahdağa qar yağıb

Şahdağa qar yağıb backend

Milli Hidrometeorologiya Xidmətinin iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Xidmətdən bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 mm-dir.

Şahdağda arabir qar yağıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.

Diaspora