İnformasiya müharibələri mövzusunda tədbir keçirildi

İnformasiya müharibələri mövzusunda tədbir keçirildi backend

Oğuz Müstəqil Araşdırmaçılar Qrupu “Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində növbəti dəyirmi masa keçirib.

QAZİLER.AZ xəbər verir ki, tədbirdə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dosenti, fəlsəfə doktoru Mübariz Əhmədov və “Oğuz” MAQ rəhbəri, BDU Beynəlxalq jurnalistika kafedrasının dosenti, fəlsəfə doktoru Vüqar Zifəroğlu çıxış ediblər.

Dəyirmi masada Azərbaycana qarşı aparılan informasiya savaşı barədə fikir mübadiləsi aparılıb.

Mübariz Əhmədov çıxışında bildirib ki, informasiya savaşında ermənilər kilsə və lobbi faktorlarından geniş şəkildə istifadə edirlər.

Analitik Vüqar Zifəroğlu Azərbayacana qarşı aparılan informasiya müharibəsinin başlıca parametrləri və istiqamətləri mövzusunda çıxış edərək bilidirb ki, bu gün Azərbaycana qarşı Ermənistan tərəfindən informasiya savaşı ilə paralel olaraq, mətbuatımız da Qərb, Rusiya və İran mediasının manipulyativ basqılarına məruz qalır.

Qeyd edək ki, tədbirin sonunda mövzu ilə bağlı slayd da təqdim edilib.