FHN-in 10 illiyi ilə əlaqədar komanda-qərargah təlimi keçiriləcək

FHN-in 10 illiyi ilə əlaqədar komanda-qərargah təlimi keçiriləcək backend

Təlim Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də komanda-qərargah təlimi keçiriləcək. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimdə nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyəti iştirak edəcək. Xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə keçiriləcək komanda-qərargah təlimi “Xəzər-2015” adlanır.

Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.