Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimov dəfn olunub.
“Report”un məlumatına görə, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Sahil İbrahimov 1970-ci il iyulun 23-də Ermənistanın Amasiya rayonu, Çivinli kəndində anadan olub. O, Ağdərə rayonunun Mehmanə kəndi ərazisində itkin düşmüş sayılırdı.
