Qaziler.az saytı APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev “Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
APA-nIn xəbərinə görə, sərəncama əsasən Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 10,0 (on) milyon manat ayrılıb.Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.