1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Sosial Xidmətlər Agentliyinin təşəbbüsünə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də qoşulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirir ki, mərkəzin Bərdə rayonundakı Qarabağ “DOST Evi” filalının benefisiarları olan uşaqların da Qarabağ Regional DOST Mərkəzinin müxtəlif qəbul bölmələrində əməkdaşları əvəzləməsi təşkil olunub.
Həssas əhali qruplarından olan uşaqlar DOST Mərkəzində vətəndaşlara xidmət sahəsində bacarıqlarını nümayiş etdirərək, özlərini sınayıblar.
Qeyd edək ki, bundan əvvəl Sosial Xidmətlər Agentliyinin layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq Agentliyin aparatında əməkdaşları iş başında əvəz etmişdilər.







