Azərbaycanda QHT rəhbərləri şəhid anaları ilə görüşüb - FOTO

Azərbaycanda QHT rəhbərləri şəhid anaları ilə görüşüb - FOTO backend

Birinci Şəhidlər Xiyabanı, Mehdi Hüseyin 1 ünvanda yerləşən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin ofisində tədbir keçirilib.

Qaziler.az xəbər verir ki, tədbirin əsas müzakirə mövzusu şəhidlərin bizə əmanət edilmiş ailələrinin, sosial vəziyyətlərinin öyrənilməsi, şəhidlərin məzarlarının ziyarət edilməsi, işğaldan azad edilmiş ərazilərimizə yeni köçmüş əhali ilə adabtasiya olunmaları məqsədi ilə görüşlərin keçirilməsi, şəhid qəbirlərinin abadlaşdırılması və şəhid anaları ilə görüş olub. Layihənin ilk tədbiri, əsasən təqdimat və müzakirə xarakterli söhbətlərlə müşahidə edilib.

1992-ci ildən bəri şəhid olmuş vətən övladlarının unudulmaması üçün təbliğat işlərinin vacibliyini vurğulayan QHT rəhbərləri və şəhid ailələrinin haqlı narazılığını layihənin icrası ərəfəsində nəzərə almağa söz verilib. Qeyd olunub ki, biz şəhidlərimizi unutmamalıyıq. Şəhidlərin yad edilməsi üçün məmurdan və ya kimsədən inciməkdən əvvəl özümüz vəfa borcumuzu bilməliyik.

Tədbirdə iştirak edən QHT rəhbərləri də eyni təkliflərlə çıxış etdilər.

Tədbirdə iştirak edən QHT-lər əsasən hərb yönümlü təşkilatlar olub. Bunlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail Rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, Asif Ata Ocağının sədri Düzgün Atalı, Beynənmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Səffar Orucov, Ailələrə Sosial Dəstək İctimai Birliyinin sədri Elmira Rəhimova, DELÜKS Karqo Şirkətinin təəssisçisi və rəhbəri, müharibə veteranı Solmaz Zeynalova, “CIDIR” Turizm Şirkətinin rəhbəri Firəngiz Əkbərovadır. 

Diaspora